Back
Beyin Ölümü diqnozunun təyininə multidissiplinar yanaşma - ilmi konfrans, Naxçıvan Dövlət Universiteti

Beyin Ölümü diqnozunun təyininə multidissiplinar yanaşma - ilmi konfrans, Naxçıvan Dövlət Universiteti

3 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, Azərbaycan reanimatoloqlar və anestezioloqlar cəmiyyəti və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatı ilə Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransda cəmiyyətimizin idarə heyətinin sədri və üzvləri iştirak etmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d Dr.Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, “Beyin ölümüdən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzularında çıxış etmişdir. Yeni Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası ilə təsdiq olunmuş «Beyin ölümü» diaqnozunun qoyulması üzrə kliniki protokol təqdim olunmuşdur.