Biz kimik

Azərbaycan Respublikası Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti 19.07.2017-ci il tarixində professor A.Axunbəyli tərəfindən 1976-cı ildə yaradılmış Anestezioloq və Reanimatoloqların Elmi-Tibbi Cəmiyyətinin əsasında yenidən qurulmuşdur.

Anesteziologiya və reanimasiya sahəsində cəmiyyətin fəaliyyətinin əsas məqsədləri:

- tədqiqatların aparılması (kursların, konfransların, seminarların, sərgilərin, dəyirmi masaların təşkili, tədqiqatların aparılması)

- təhsil fəaliyyəti (əhalinin maarifləndirilməsi, səhiyyənin  inkişafı və əhalinin sağlamlığın qorunması ilə bağlı tədbirlərin keçirilməsi, regional və beynəlxalq qurumlarla əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi)

- mütəxəssislərin biliklərinin davamlı olaraq təkmilləşdirilməsi (xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi, o cümlədən beynəlxalq protokolların və yanaşma taktikalarının mənimsənilməsi)

Bu öhdəliklərin yerinə yetirilməsinə cavabdeh olan cəmiyyətin idarə heyəti: sədr, müavin və digər üzvlər

 

Cəmiyyətimizin əsas hədəfləri:

- respublikada anesteziologiya və reanimasiyanın inkişafına dəstək vermək;

- anestezioloqlar və reanimatoloqlar arasında peşəkar və humanitar əlaqələrin  inkişafı və möhkəmləndirilməsi 

- tibb nəzəriyyəsi və təcrübənin inkişafı üçün cəmiyyət üzvlərinin yaradıcı potensialının ən səmərəli şəkildə həyata keçirilməsinə şəraitin yaradılması

- qanuni maraqları təmsil etmək, cəmiyyət üzvlərinin peşə, mülki, sosial və müəllif hüquqlarının müdafiəsinə dəstək vermək;

- digər tibb ixtisaslarının mütəxəssisləri və cəmiyyətləri ilə peşəkar və elmi əlaqələrin yaradılması, beynəlxalq elmi əlaqələrin inkişafı