Üzvlük
Üzvlük nə deməkdir
«Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar cəmiyyəti" ictimai təşkilatı anesteziologiya və reanimasiya sahəsində praktiki, pedaqoji və tədqiqat işləri ilə məşğul olan həkimlər üzvlüyünə əsaslanan ictimai birlik şəklində yaradılan qeyri-hökümət təşkilatıdır.
Cəmiyyət üzvlərinin mənəvi və ya digər qeyri-maddi ehtiyaclarını ödəmək, ümumi maraqları təmsil etmək və qorumaq və qanuna zidd olmayan nizamnamə məqsədlərini həyata keçirmək üçün onların ümumi maraqları əsasında yaradılmışdır.
Cəmiyyət fəaliyyətinin mövzusu ümumən tibb nəzəriyyəsi və təcrübəsi, xüsusən də anesteziologiya və reanimasiyanın inkişafı maraqları naminə Cəmiyyət üzvlərinin yaradıcılıq potensialının ən səmərəli şəkildə həyata keçirilməsi üçün şəraitin yaradılmasına kömək etməkdir.
Cəmiyyətin üzvləri aşağıdakılar ola bilər:
Azərbaycan Respublikasında hər anestezioloq-reanimatoloq Cəmiyyətin üzvü ola bilər.
Üzvlərin qəbulu qaydaları
Cəmiyyətin üzvlərinin qəbulu Cəmiyyətin idarə heyəti tərəfindən aparılır.
Cəmiyyətin üzvü olmaq üçün cəmiyyətinin nizamnanəsi ilə tanış olduqdan sonra anestezioloq-reanimatoloq cəmiyyətin saytında (az-rac.com) şəxsi kabinet yaradır. Şəxsi kabinetində öz barəsində tələb olunan məlumatı göstərdikdən sonra onun e-mail-a təstiqləmə məktubu gəlir. Eyni zamanda üzvlük haqqını ödəmək üçün cəmiyyətin rekvizitləri göndərilir. Üzvlük haqqını ödədikdən sonra ödənilmə təstiqi barədə məktub gəlir və bu andan etibarən mütəxəssis cari il üzrə cəmiyyətin üzvü sayılır.
Illik üzvlük haqqı milliön xidməti və ya bank köçürülməsi vasitəsilə həyata keçirilir.
Cəmiyyətin üzvləri aşağıdaki hüquqlara malikdirlər:
- bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək
- cəmiyyətin hər hansı seçkili, o cümlədən, rəhbər orqanına seçmək və ya həmin orqanda təmsil olunmaq
- cəmiyyətin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək
- cəmiyyətin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək
- öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün cəmiyyətə müraciət etmək
- onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, cəmiyyətin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək
- cəmiyyətin tədris modulları, vebinarları, Kongres və Simpozium materialları ilə tanış olmaq və əldə etmək
- cəmiyyət tərəfindən təşkil olunan hər hansı bir tədbirin keçirilməsindən xəbərdar olmaq
- cəmiyyət tərəfindən keçirilən müxtəlif tədbir və treninqlərdə iştirakı üçün endirimlərdən yararlanmaq
- bizim platformada Azərbaycan Anestezioloq-Reanimatoloqlari ilə ünsiyyət qurmaq
- yeni və ya yeniləşmiş kliniki protokolları ilə tanış olmaq və əldə etmək
- elektron jurnala abunə olmaq
- cəmiyyət tərəfindən mentorluq və liderlik trenninqlərdə iştirak etmək qabiliyyətlərinə nail olmaq