Quba Rayon Mərkəzi Xəstəxanasında "Qabaqcıl Texnologiyaların İntensiv Terapiyada Tətbiqi" mövzusunda konfrans təşkil olunub.
TƏBİB, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Quba Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Qabaqcıl Texnologiyaların İntensiv Terapiyada Tətbiqi”adlı konfrans keçirib.
Tədbirdə Bakı Ağrı Klinikasının təsisçisi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov, Azərbaycan tibb universitetinin anesteziologiya və reanimatologiya kafedrasının assistenti Namaz İbrahimov, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Vüqar Abdulkərimov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov, Sumqayıt, Qusar, Siyəzən Rayon Mərkəzi Xəstəxanalarının reanimatoloq-anestezioloqları, pediatrlar o cümlədən ginekoloqlar və neonatoloqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov, Milli Onkologiya Mərkəzinin anesteziologiya və reanimatologiya şöbəsinin müdiri Zəhra Vəzirova açıb.
Daha sonra Bakı Ağrı Klinikasının təsisçisi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov "Xroniki ağrı müalicəsində ultrasəsin tətbiqi", Azərbaycan Tibb Universitetinin anesteziologiya və reanimatologiya kafedrasının assistenti Namaz İbrahimov "İnfuzion məhlulların seçimini necə etməliyik" mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Tədbirin nəzəri hissəsindən sonra "ustad dərsləri" keçirilib. Həkim və orta tibb heyeti ile birlikde əldə olunan biliklər mülyaj və pasiyent üzerinde təlimçilər tərəfindən nümayiş etdirilib.