Back
yeni sədrin seçkisi

yeni sədrin seçkisi

Zəhra Vəzírova

Bu gün Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAA) təsisçiləri və idarə heyətinin iclası keçirilib. İclasda növbəti iki il üçün AzRAA-nın prezidenti vəzifəsinə namizəd irəli sürülüb və seçkilər keçirilib. Tibb elmləri doktoru Zəhra Vəzirova yekdilliklə AzRAA-nın sədri seçilib.

 

1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin tibb fakültəsində təhsil alıb.

1997-1998-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anesteziologiya və reanimasiya ixtisası üzrə internatura keçib.

1998-2001-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aspirantura təhsili alıb.

2001-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində reanimatoloq vəzifəsində işləyib.

2005-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-ci ildən bu günə kimi Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışır.

2006-cı ildən - Azərbaycan Toksikologiya Cəmiyyətinin sədr müavini.

2012-ci ildən - IACMAH üzvü.

İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris və Simulyasiya Mərkəzinin rəhbəri.

40-dan çox elmi məqaləsi çap olunub.