29 mart 2024-cü îl tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalın və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkili ilə “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminat keçiriləcək. Seminarda “Beyin ölümü” diaqnozunun klinik əhəmiyyəti, təyini və orqan donorluğu barədə ətraflı məlumat veriləcək. Seminar transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Seminar saat 13.00-dan 18.00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında keçiriləcək.
Seminarda iştirak ödənişsizdir.
Qeydiyyat üçün link: https://forms.gle/EDZHwMwthpxseaHE8