Hörmətli həmkarlar!
Sizi Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresində iştirak etməyə dəvət edirik!
Konqres 7-8 dekabr 2024-cü il tarixində Fairmont Baku, Flame Towers ünvanında keçiriləcək.
📌 Kongresə qeydiyyat üçün:
1. az-rac.com/az saytında qeydiyyatdan keçin (cəmiyyətin üzvləri üçün – profilinizə daxil olun);
2. Konqresin qeydiyyat səhifəsinə daxil olun;
3. Qeydiyyat anketini doldurun
4. Şəxsi məlumatlarınızın dəqiq və doğru olmasından əmin olun ki, qeydiyyatınızın tamamlanması üçün sizinlə təşkilatçılar tərəfindən əlaqə saxlanılsın.
📌 Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqres çərçivəsində 6 dekabr 2024-cü il tarixində Tədris-praktiki kurslar keçiriləcək.
☎️ Tədris-praktiki kurslara qeydiyyat üçün +994 51 225 37 78
🔖 Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresi ərəfəsində elmi işlərin toplusu dərc olunacaqdır.
Tezislərin qəbulu üçün az-rac.com/az saytına daxil olun.