Hörmətli həmkarlar!
Sizi TARD və AzRAC birgə təşəbbüsü ilə 11.12.2021 tarixində Hilton otelində keçiriləcək "Anesteziologiyada və reanimatologiyada qabaqcıl tətbiqlər, təhlükəsizlik amilləri və qazanmış təcrübələr" adlı Beynəlxalq elmi-praktik Konfransa dəvət edirik. Konfransda anesteziologiya və reanimasiyada tətbiq olunan yeni qabaqcıl texnologiyalar təqdim olunacaq. Müxtəlif ölkələrdən mütəxəssislər öz qazanmış təcrübəsi ilə bizimlə paylaşacaqlar.
İştirak ödənişsizdir. Aktiv çalışan həkim anestezioloq-reanimatoloqlar, bu ixtisasdan rezidentlər və kritik təbabət sahəsində çalışan doktorlar dəvətlidirlər.
Qeydiyyat üçün: https://bit.ly/3xK5aWx
İştirakçı sayı məhduddur.
Konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasinin müsbət rəyini alaraq rəsmi qeydiyyatdan keçmişdir və 6 (altı) kredit balı ilə dəyərləndirilmişdir.