12-14 oktyabr 2024-ci il tarixlərində Sankt-Peterburqda Rusiya Anestezioloqlar və reanimatoloqlar forumu (ФАРР-2024)/ Aneatezioloqlar və reanimatoloqlar federasiyasının qurultayı keçirilmişdi.
Azərbaycan reanimatoloqlar və anestezioloqlar cəmiyyətinin sədri Z.Vəzirova “İnfeksiya və sepsis” panelinin moderatoru olmuşdur, idarə heyətinin üzvü, Azərbaycan Tibb Universitetinin Anesteziologiya və reanimatologiya kafedrasının assistenti, ATU Tədris cərrahiyyə klinikasının Əməliyyat blokun müdiri, t.ü.f.d. N.İbrahimov “Kəskin mediastenitin intensiv terapiyasının kliniki təcrübəsi” mövzusu ilə çıxış etmişdir.