Back
Azərbaycan Reanimatoloq və Anestezioloqların Cəmiyyətinin II Milli Konqresin prekursları

Azərbaycan Reanimatoloq və Anestezioloqların Cəmiyyətinin II Milli Konqresin prekursları

06.12.2024 tarixində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresinin önkursların keçirililməsi planlaşdırılır! Bu mötəbər tədbirdə həkimlər, rezidentlər və orta tibb personalı iştirak edə biləcəklər.

 

 Önkurslar zamanı anesteziologiya və reanimatologiyanın ən aktual mövzularını əhatə edən, mütəxəssislər üçün nəzərdə tutulmuş 8 fərqli təlim təşkil olunacaq. Bu təlimlərdə ən son yeniliklər, praktik bacarıqlar və müasir yanaşmalar iştirakçılara təqdim ediləcək:

 

- Reanimasiyada və anesteziologiyada CPAP və PEP-terapiya

- Yüksək riskli travmalı pediatrik xəstəyə yanaşma

- İntensiv terapiyada US istifadəsi – BLUE, FAST protokollarının təcrübədə tətbiqi

- İntensiv terapiya şöbəsində təhlükəsiz infuziya prinsipləri

- Çətin tənəffüs yolları – simulyasiya avadanlığı ilə interaktiv təlim

- Exokardioqrafiyanın əsasları – anesteziologiya və intensiv terapiyada tez-tez rast gəlinən hallar

- Sadədən mürəkkəbə doğru tənəffüs dəstəyinin praktiki təlimi

- US nəzarəti ilə regionar anesteziya – model üzərində canlı nümayiş və praktiki bacarıqlar

 

Bu tədbir tibb sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər üçün əvəzsiz imkan olacaq! Prekurslara qeydiyyatdan keçməyə tələsin