Azərbaycan Respublikası Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti 19.07.2017-ci il tarixində professor A.Axunbəyli tərəfindən 1976-cı ildə yaradılmış Anestezioloq və Reanimatoloqların Elmi-Tibbi Cəmiyyətinin əsasında yenidən qurulmuşdur.
Anesteziologiya və reanimasiya sahəsində cəmiyyətin fəaliyyətinin əsas məqsədləri:
- tədqiqatların aparılması (kursların, konfransların, seminarların, sərgilərin, dəyirmi masaların təşkili, tədqiqatların aparılması)
- təhsil fəaliyyəti (əhalinin maarifləndirilməsi, səhiyyənin inkişafı və əhalinin sağlamlığın qorunması ilə bağlı tədbirlərin keçirilməsi, regional və beynəlxalq qurumlarla əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi)
- mütəxəssislərin biliklərinin davamlı olaraq təkmilləşdirilməsi (xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi, o cümlədən beynəlxalq protokolların və yanaşma taktikalarının mənimsənilməsi)
Bu öhdəliklərin yerinə yetirilməsinə cavabdeh olan cəmiyyətin idarə heyəti: sədr, müavin və digər üzvlər
Cəmiyyətimizin əsas hədəfləri:
- respublikada anesteziologiya və reanimasiyanın inkişafına dəstək vermək;
- anestezioloqlar və reanimatoloqlar arasında peşəkar və humanitar əlaqələrin inkişafı və möhkəmləndirilməsi
- tibb nəzəriyyəsi və təcrübənin inkişafı üçün cəmiyyət üzvlərinin yaradıcı potensialının ən səmərəli şəkildə həyata keçirilməsinə şəraitin yaradılması
- qanuni maraqları təmsil etmək, cəmiyyət üzvlərinin peşə, mülki, sosial və müəllif hüquqlarının müdafiəsinə dəstək vermək;
- digər tibb ixtisaslarının mütəxəssisləri və cəmiyyətləri ilə peşəkar və elmi əlaqələrin yaradılması, beynəlxalq elmi əlaqələrin inkişafı